BAKIDA ATIŞMA:  2 nəfər güllələndi - ADLAR - VİDEO  - YENİLƏNİB
10 mart 2023 15:17 (UTC +04:00)

BAKIDA ATIŞMA: 2 nəfər güllələndi - ADLAR - VİDEO - YENİLƏNİB

Bakıda baş verən atışmada yaralananların adları açıqlanıb. 

Lent.az xəbər verir ki, onlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovdur.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib. 

***

saat 15:15

Bakıda baş verən atışmada iki nəfərin güllə yarası aldığı məlum olub. 

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildrilib. 

***

saat 15:00

Bakıda baş verən atışmada yaralan şəxsin görüntüləri yayılıb. 

Lent.az xəbər verir ki, orta yaşlı kişi sağ ayağından güllə yarası alıb. Onun kimliyi hələlik məlum deyil. 

Yaralının görüntülərini təqdim edirik:

 

***

saat 14:57

Daxili İşlər Nazirliyi Bakıda baş verən atışma ilə bağlı məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Əlavə məlumat veriləcəkdir.

***

saat 14:50

Bakıda baş verən atışmada 3 nəfər yaralanıb. 

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, atışmada 3 nəfər güllələnib. 

Lent.az hadisə yerindən video təqdim edir:

***

İlk xəbər saat 14:40-da yayılıb

Bakıda atışma olub.

Lent.az xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Baş verən silahlı insident zamanı bir nəfər güllələnib.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. 

Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

 

# 15810
avatar

Oxşar yazılar