Bakı-Sumqayıt yolunda maşını tərsinə sürən CƏRİMƏLƏNDİ  - VİDEO
18 may 2023 11:49 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda maşını tərsinə sürən CƏRİMƏLƏNDİ - VİDEO

Bakı-Suqmayıt yolunda avtomobillərdən biri əksinə hərəkət edib.

Baş Döləvt Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, Bakı-Sumqayıt yolunda hərəkətin əks istiqamətinə hərəkət edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan "Mitsubishi Lancer" markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Abşeron rayon sakini Sünhan Nəsirov YPX əməkdaşları tərəfindən aşkar edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4. maddəsi ilə protokol tərtib edilib.

O, 100 manat (4 bal) məbləğində cərimə edilib.

# 2136
avatar

Oxşar yazılar