Bakı aeroportunda İZDİHAM:  sistem çökdü - VİDEO  - YENİLƏNİB
08 iyul 2022 18:17 (UTC +04:00)

Bakı aeroportunda İZDİHAM: sistem çökdü - VİDEO - YENİLƏNİB

Dövlət Sərhəd Xidməti (DSX) Heydər Əliyev Beynəlxalq Hava Limanında müşahidə olunan sıxlığa münasibət bildirib.

Lent.az-ın məlumatına görə, DSX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün 16:15 radələrində pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub. 

“Aparılan işlər nəticəsində sistemdə olan problem 16:50 radələrində aradan qaldırılıb. Hazırda vətəndaşların ölkədən buraxılmasında heç bir problem yoxdur”, - qeyd olunub.

***

saat 17:42

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sıxlıq müşahidə olunur.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bildirilir ki, sərnişinlərin pasport nəzarəti sistemində problem yaranıb. Buna görə də, insan izdihamı müşahidə olunur.

Hazırda onlarla sərnişin sistemin bərpa olunmasını gözləyir. 

Bakı aeroportunda sistem çökdü

# 5757
avatar

Oxşar yazılar