Azərbaycanlı repçinin başına Ukraynada  NƏ GƏLİB?  - VİDEO
09 mart 2023 19:07 (UTC +04:00)

Azərbaycanlı repçinin başına Ukraynada NƏ GƏLİB? - VİDEO

Rusiyada yaşayan azərbaycanlı repçi Ptaxa (David Nuriyev) barədə müzakirələrə səbəb olacaq xəbərlər yayılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, repçinin Ukraynanın Donetsk şəhərində gülləbaran altına düşməsi ilə bağlı video yayılıb. 

Lakin sənətçinin PR direktoru Marina Evstifeyeva bildirib ki, bu, zarafat kimi saxtalaşdırılıb. 

Sonradan məlum olub ki, David Nuriyev Donetskə humanitar yardım və orada baş verənləri öz gözləri ilə görmək üçün gəlib. Repçi yeni klipi üçün bir neçə səhnə çəkdirmək niyyətində olduğunu da bildirib.

Azərbaycanlı repçi Ptaxa Donetskdə

# 4194
avatar

Nigar Namiq

Oxşar yazılar