Azərbaycanda şagird məktəbdə bıçaqlandı - hadisə yerindən VİDEO  -YENİLƏNİB
24 sentyabr 2022 22:30 (UTC +04:00)

Azərbaycanda şagird məktəbdə bıçaqlandı - hadisə yerindən VİDEO -YENİLƏNİB

Məktəbdə baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhər 7 saylı məktəbdə qeydə alınıb. Burada şagirdlər arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin məktəbin 10-cu sinif şagirdi olan oğlan digər şagird tərəfindən bıçaq xəsarətləri alıb.

Məlumata əsasən, bıçaq yeniyetmənin qarın nahiyəsinə dəyib.

***

Saat:19:50

Azərbaycanda məktəbdə bıçaqlanma olub.

Lent.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkədə yayılıb. Görüntülərdə məktəblinin digər şagird tərəfindən bıçaqlandığı iddia olunur. Hadisə ilə əlaqədar məktəbin həyətinə təcili tibbi yardım briqadası cəlb olunub.

Görüntüləri təqdim edirik:

Bakıda məktəbdə bıçaqlanma olub?

# 8592
avatar

Oxşar yazılar