Azərbaycanda qanunsuz neft çıxaranlar ifşa edildi - VİDEO
01 sentyabr 2022 10:23 (UTC +04:00)

Azərbaycanda qanunsuz neft çıxaranlar ifşa edildi - VİDEO

Tərtərdə qanunsuz neft çıxaranlar aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Tərtər rayonunun Seydimli kəndi ərazisində uzun müddət konservə edilmiş neft quyularından qeyri-qanuni yolla kustar üsulla nefti əldə edərək kanistrlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşıyan şəxslər müəyyən edilib.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən 20-yə yaxın quyudan kustar üsülla, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq neftin əldə edilməsi, yaşayış yerinin həyətyanı sahəsində yığılması və daşınması yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın müvafiq maddələrinin tələblərinə zidd olaraq xam neftin qanunsuz yığımını, saxlanmasını və daşınmasını təşkil etmiş Hüseynov Nazim Şirin oğlu və Hümbətəliyev Eyvaz Cəbrayıl oğlu barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.

Qanunsuz neft çıxaran kəndlilər ifşa edildi

# 3312
avatar

Mehman Nəbiyev

Oxşar yazılar