Avtobusun şüşələrini sındıran tutuldu - VİDEO  - YENİLƏNİB
20 sentyabr 2022 15:06 (UTC +04:00)

Avtobusun şüşələrini sındıran tutuldu - VİDEO - YENİLƏNİB

Bakıda marşrut avtobusuna hücum edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsi tərəfindən əməliyyat tədbirləri görülüb. Nəticədə hadisəni törədən Azad Şıxızadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

***
Saat: 12:15

Bakıda marşrut avtobusuna hücum olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, hadisə bu gün səhər saat 6:30-da Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs marşrut avtobusuna yaxınlaşaraq, əvvəlcə sürücü ilə mübahisə edib. Daha sonra o, avtobusun şüşələrini sındırıb.

Görüntüləri təqdim edirik:

# 4875
avatar

Oxşar yazılar