Aparıcı Elgizdən onu parodiya edənlərə XƏBƏRDARLIQ -  VİDEO
02 may 2022 18:42 (UTC +04:00)

Aparıcı Elgizdən onu parodiya edənlərə XƏBƏRDARLIQ - VİDEO

Aparıcı Elgiz Əkbər onu parodiya edənləri tənqid edib.

Lent.az-ın məlumatına görə, aparıcı bu barədə verilişində danışıb: "Mən bəzi insanları parodiya etməyi bacarıram. Parodiyanı sevirəm. Məni də qədərində parodiya edənləri sevirəm. Bəzən məni ayrıca bir bölüm kimi edirlər. İlk dəfədir bu haqda danışıram. Çox pis edirlər, heç bəyənmirəm: bayağıdır, şitdir.

Mən də bir tamaşaçıyam, baxıram və zövq almıram. Bunu etməsələr, daha yaxşı olar. Müəyyən orada elementlərə yol verirlər, qərəz var, kimsə onları öyrədib. O qədər tanınan insanlar var ki, onları parodiya etsinlər. Elə etməlisən ki, insanın özü bəyənsin, xoşlansın və gülsün. Həqiqətən biabırçılıqdar.

Bəzi tədbirlər görəcəm, müəyyən qurumlara müraciət edəcəm ki, yığışdırılsın. Elə edin ki, insanlarda ikrah yaratmasın. Arif insanlar başa düşür ki, nə edirlər".

# 4197
avatar

Yalçın UĞUR

Oxşar yazılar