Aleksandr Düma bu ağacın kölgəsində dincəlib - VİDEO
27 iyul 2022 18:03 (UTC +04:00)

Aleksandr Düma bu ağacın kölgəsində dincəlib - VİDEO

Balakənin Katex kəndində, yol kənarında yerləşən dağdağan ağacı həm yerli sakinlərin, həm də bura gələn turistlərin diqqətini çəkir. 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon əhalisi 11 əsrə şahidlik edən bu maraqlı ağacı yüzilliklər boyu qoruyub saxlayıb. Hesablamalara görə yerli sakinlərin ziyarətgahına çevrilən bu ağacın yaşı 1100 ildən yuxarıdır. Nəhəng dağdağan ağacı təməli 1500 il əvvəl qoyulan “Böyük Qafqaz” səddinin inşasından bir-neçə yüz il sonra səddin üzərində bitib. Sakinlərin ağacı müqəddəsləşdirməsinin səbəblərindən biri də elə budur.

Sakinlər deyir ki, ürəyində arzu tutan insanlar, problemi olanlar bu ağacı ziyarət edərək arzularının həyata keçməsini arzulayırlar. Yüz illərdi ki, yerli sakinlər gec yeriyən və gec dil açan uşaqları ağacın yanına gətirərək onun ətrafında fırlanır, ağacın boşluğundan bir neçə dəfə keçirərək uşağın tez yeriməsini və dil açmasını istəyirlər. 

Yerli sakinlərin dediyinə görə, fransiz yazıçısı və dramaturqu Aleksandr Düma 1859 - cu ilin əvvəlinə kimi uzanan Qafqaz səfəri zamanı Azərbaycan ərazisində Quba, Bakı, Şamaxı və Nuxada (Şəki) olmuşdu. Nuxadan Tiflisə gedən zaman isə məhs bu ağacın altında oturaraq istirahət edib və yerli sakinlərlə söhbətləşib.

Kənd sakinləri ağacı gələcək nəsillərə ötürmək üçün indi əllərindən gələni edirlər.

# 3933
avatar

Oxşar yazılar