7 yaşlı Fəridin ölümü ilə bağlı YENİ GÖRÜNTÜLƏR
06 may 2023 15:00 (UTC +04:00)

7 yaşlı Fəridin ölümü ilə bağlı YENİ GÖRÜNTÜLƏR

Sumqayıtda idman zalında 7 yaşlı Fəridin ölməsi ilə bağlı yeni görüntülər üzə çıxıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb. Videoda müəllim Mehman Xəlilovun halsız vəziyyətdə yerdə uzanan Fəridi  necə götürüb yerə çırpması əks olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən döyülüb. Uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb. M. Xəlilov barəsində Sumqayıt şəhər Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

# 4992
avatar

Oxşar yazılar