“Yadplanetli” insanlardan şikayət etdi: "Məni işə götürmürlər"
27 avqust 2022 09:24 (UTC +04:00)

“Yadplanetli” insanlardan şikayət etdi: "Məni işə götürmürlər"

Fransız Entoni Loffredo özünü riptilodlərə bənzətmək üçün müasir tibbin bacardığı bütün möcüzələrdən istifadə edib. O, burnunu kəsdirərək yalnız burun deşikləri ilə kifayətlənib, qulaqlarını amputasiya etdirib, bütün bədənini tatu ilə örtüb, dərisinin altına çoxlu sayta implantlar yerləşdirib. Entoni hətta implant buynuza malikdir, gözlərinin içinə belə tatu etdirməkdən çəkinməyib.

Bir sözlə, küçədə onu görərkən heyrətlə baxmamaq mümkün deyil. O öz həyatını mübarizə adlandırır.

Lent.az-ın məlumatına görə, Entoni bu yaxınlarda  Fransanın “Ladbible” jurnalına verdiyi müsahibəsində bildirib ki, bu addımı yadplanetlilərə bənzəmək üçün atıb:

“Tez- tez tənqidlərə məruz qalıram. İnsanlar məni dəli hesab edir. Çoxları məndən qorxur, məni işə götürmürlər. Küçədə gəzərkən uşaqlardan və qocalardan uzaq durmağa çalışıram ki, qorxmasınlar və ya mənə hücum etməsinlər. Əslinə baxanda, mənim həyatım insanlarla mübarizədən ibarətdir.

Bu görünüşdə olmaq məni sevindirir, lakin bunun minusları da var, heç kim mənə iş vermək istəmir, axı mən ailə sahibiyəm, ailəmi yaşatmaq  üçün işləməliyəm”.

İndi yerli “yadplanetlinin” tək qazancı sosial şəbəkələrdəki hesabından və müxtəlif jurnallara verdiyi fotolarından gəlir.

Fotoları təqdim edirik:

 

# 2838
avatar

Oxşar yazılar