YUNESCO-nun sabiq baş direktoru Bakıya gəlib
15 iyul 2013 10:29 (UTC +04:00)

YUNESCO-nun sabiq baş direktoru Bakıya gəlib

0

 

YUNESCO-nun sabiq baş direktoru Federiko Mayor Saraqosa və Madrid Klubu Katibliyinin Azərbaycana səfəri başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin və Roma Klubunun koordinatorunun da bu günlər Bakıya gəlişi gözlənilir.

Məqsəd Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə 2013-2014-cü il üzrə fəaliyyət proqramının müəyyənləşdirilməsidir. Onlar bu məsələləri müzakirə etmək üçün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşəcək. Səfər çərçivəsində Dövlət Komitəsi ilə İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlıq memorandumunun imzalanması və Kitabxanada Nizami Gəncəvinin büstünün açılması məsələləri də müzakirə olunacaq.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin Bakıya səfəri müddətində onun Nizami Gəncəvi haqqında “Böyük dahinin poeziyası” (“The Poetry of the Magnificent Sage“) adlı kitabının təqdimatı da nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 639

Oxşar yazılar