[b]Yeni telekanalın açılması üçün müsabiqədə 3 iddiaçı var - <span style="color:red;">SİYAHI [/b]
18 dekabr 2017 09:34 (UTC +04:00)

[b]Yeni telekanalın açılması üçün müsabiqədə 3 iddiaçı var - SİYAHI[/b]

0

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatıb.


MTRŞ-dan APA-ya verilən məlumata görə, qeyd olunan müddətdə 3 iddiaçı – “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təqdim edib. 


Qeyd olunub ki, “Televiziya və radio yayımı haqqında” qanunun tələbinə uyğun olaraq MTRŞ tərəfindən müsabiqənin elan  edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar