Yanvarın 17-dən hava pisləşəcək, qar yağacaq - <span style="color:red;">PROQNOZ
15 yanvar 2015 12:51 (UTC +04:00)

Yanvarın 17-dən hava pisləşəcək, qar yağacaq - PROQNOZ

0

Bakıda və Abşeron yarımadasında yanvarın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək və arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.

Rayonlarda gecə və səhər saatlarında duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara bölgəsində isə yağıntılı olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-7 dərəcə isti olacaq.

Yanvarın 17-dən etibarən  isə Azərbaycanda hava şəraiti qeyri sabit olacaq.  Dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Temperatur aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 17-dən 19-na qədər davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar