<b>Yağmursuz hava, 18 dərəcə isti –</b><span style="color:red;"> Fevralın son günü
27 fevral 2017 12:22 (UTC +04:00)

Yağmursuz hava, 18 dərəcə isti – Fevralın son günü

0

 

Fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin   Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 2-5°, gündüz 8-13°, Bakıda gecə 3-5°, gündüz 10-12° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5°, gündüz 13-18° isti,  dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar