Bakının əsas yollarında sürət həddi bərpa olundu  - <span style="color:red;">YENİLƏNİB
13 iyun 2017 15:51 (UTC +04:00)

Bakının əsas yollarında sürət həddi bərpa olundu - YENİLƏNİB

0

Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı- Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi  20 km/ saat-a endirilmişdi.

 

Bakı Nəqliyyat Agentliyindən ( BNA ) Lent.az-a verilən məlumata görə, endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. 

 

 

***

 

13:46

Yağışlı hava ilə əlaqədar paytaxtda  iki əsas avtomagistralda sürət həddi aşağı endirilib.

 

Bakı Nəqliyyat Agentliyindən ( BNA ) Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Həmçinin bildirilir ki, R.Behbudov küçəsi istisna olmaqla, hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

 

Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar