[b]Yağış yağacaq, dolu düşəcək[/b] - <span style="color:red;">HAVA PROQNOZU
03 may 2017 12:42 (UTC +04:00)

[b]Yağış yağacaq, dolu düşəcək[/b] - HAVA PROQNOZU

0

Mayın 4-də Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN-dən Lent.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı,  qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, Bakıda gecə  13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   gecə  70-80 %, gündüz  45-55 %  təşkil edəcək.


 

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacaq.

 

Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar