Martın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, günün ikinci yarısında hava əsasən yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.