Baş nazir Artur Rəsizadə "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün Sursatın siyahısı"nda dəyişikliklər edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün sursatın siyahısı"dan "PM markalı", "PSM markalı" və "TT markalı" sözləri çıxarılıb. Beləliklə, vergi orqanlarında çalışanlar adıçəkilən silahlardan istifadə edə bilməyəcəklər.