Ucqar kəndlərdə müəllimlər niyə əməkhaqqı ala bilmir? – AÇIQLAMA
06 noyabr 2014 12:44 (UTC +04:00)

Ucqar kəndlərdə müəllimlər niyə əməkhaqqı ala bilmir? – AÇIQLAMA

0

 

 

Təhsil Nazirliyi yeni tədris ilindən Azərbaycanın bəzi ucqar kənd məktəblərində müəllimlərin əmək haqqının verilməməsinə münasibət bildirib.

 

Lent.az-ın məlumatına görə, İnsan resursları şöbəsinin müdir müavini İlham Ağayev bu gün keçirilən mətbuat konfransında deyib ki, məktəblər yerli idarəetmə orqanları tərəfindən maliyyələşdirilir.  Onların da maliyyələşdirilməsinin birbaşa Maliyyə Nazirliyinə aid olan məsələ olduğunu deyən müdir müavini qeyd edib ki, hər bir rayon təhsil şöbəsi maliyyəsini yerli icra hakimiyyətindən götürür: “Müəyyən ucqar rayonlarda belə problemlər var. Bununla bağlı hazırda Təhsil Nazirliyi tərəfindən işlər görülür. Amma bu, birbaşa bizdən asılı məsələ deyil. Məktəblər yerli icra hakimiyyəti orqanları tərəfindən maliyyələşdirilir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 998

Oxşar yazılar