“Lahıc qəsəbəsində şortla gəzməyə 2013-cü ildə Rəfiqə İsmayılova bələdiyyə sədri olduğu dövrdə qadağan olunmuşdu. İndi Lahıcda belə bir söhbət müzakirə mövzusu belə deyil. Hamısı yalandır”.
Bunu Lent.az-a açıqlamasında Lahıc Bələdiyyəsinin hazırkı sədri Rövşən Əliyev deyib.
Qadağa ilə bağlı yayılan xəbərlərin şayiə və fotoşəkilin 3 il əvvələ aid olduğunu deyən R.Əliyev bildirib ki, indi Lahıcda belə bir qadağa yoxdur: “Fotoşəkilin altında yazılan qeyddən də görünür ki, qadağa Rəfiqə xanımın sədrliyi dövründə qoyulub. Bu da bir səhv fikir idi. R.İsmayılova da 2014-cü ilə qədər bələdiyyə sədri işləyib. Hazırda Lahıcda belə bir söhbət ola bilməz. Lahıca səhərdən axşama qədər nə qədər turist gəlib-gedir. Axı biz onlara deyə bilmərik ki şort geyinmə”.
***
İsmayıllının Lahıc qəsəbəsi Azərbaycanın Şirvan zonasının ən çox turist cəlb edən məkanlarından biridir.
Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, turistlərin diqqətini cəlb edən bu qəsəbədə yerləşən qədim tikililər, tarixi abidələr və yerli əhalinin fəaliyyətdə olan sənətkarlıq emalatxanalarıdır.

Sosial şəbəkələrdə paylaşılan fotoşəkildən məlum olur ki, qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin qəti qadağan olması barədə xəbərdarlıq edib.
Mövzu yenilənir.