TQDK sədri: ”Yeni təhsil naziri ilə dərsliklərlə də bağlı müzakirələr aparırıq”
07 may 2013 14:58 (UTC +04:00)

TQDK sədri: ”Yeni təhsil naziri ilə dərsliklərlə də bağlı müzakirələr aparırıq”

0

“Orta məktəb dərsliklərindəki problemlərin aradan qaldırılması ilə bağlı yeni təhsil naziri Mikayıl Cabbarovla müzakirələr aparırıq”. Lent. az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. TQDK sədri onu da bildirib ki, müzakirələr zamanı TQDK-nn dərsliklərlə bağlı məsələdə şagirdlərin mövqeyinin müdafiə etdiyi bildirilib: “Təbii ki, elmi əsaslarla aparılmış monitorinq zamanı dərsliklərdə problemlər aşkar olunduqda Təhsil Nazirliyi buna münasibət bildirməlidir. Mikayıl müəllimlə də bu istiqamətdə müzakirə aparmışıq və bildirmişik ki,  biz şagirdlərin mövqeyini müdafiə edirik. Hamımız istəyirik ki, dərsliklər keyfiyyətli, müasir olsun”.

TQDK sədrinin sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə dərsliklərin monitorinqinin aparılması onun rəhbərlik etdiyi quruma həvalə edilib.

M.Abbaszadə bildirib ki, dərsliklərdə texniki cəhətdən mümkün olan səhvlər düzəldilməlidir. Düzəldilməsi mümkün olmayan səhvlərlə bağlı isə əlavə kitabçalar nəşr edilə bilər.

Komissiya sədri hesab edir ki, hər bir halda məsələyə individual yanaşma lazımdır: ”Bu məsələlər aradan götürülməlidir ki, yeni tədris ili üçün hazırlanan dərsliklərdə bu səhvliklər olmasın. Bu məsələlər daimi diqqət mərkəzindədir. Çalışacağıq ki, Azərbaycan vətəndaşları, şagirdləri yalnız keyfiyyətli dərsliklər oxusunlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1027

Oxşar yazılar