TQDK təhsil şöbələri  və məktəblərə müraciət etdi
01 aprel 2015 13:56 (UTC +04:00)

TQDK təhsil şöbələri və məktəblərə müraciət etdi

0

"2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların  "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən  yerinə yetiriləcək işlərin təqvim planı"nın növbəti mərhələsi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, aprelin 1-dən 15-dək müddəti əhatə edən bu mərhələ ümumtəhsil məktəblərində təhsil alan buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən əvvəlki tədris ilinin illik qiymətlərinin sinif rəhbərləri tərəfindən yoxlanmasını, zəruri hallarda məlumatlara təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən müvafiq əlavə və düzəlişlərin edilməsini əhatə edir.

Ümumtəhsil məktəblərinin əlaqələndiriciləri "Şagird-məzun" sisteminə daxil edilməmiş məlumatların 15.04.2015-ci il tarixədək əlavə edilərək təsdiqlənməsini təmin etməlidirlər.

Statistik hesabatda yalnız şəkil məlumatları sistemə yerləşdirilmiş IX və XI sinif şagirdləri nəzərə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar