TQDK-dan diplomsuz bakalavrlarla bağlı <span style="color:red;">AÇIQLAMA
02 fevral 2015 11:36 (UTC +04:00)

TQDK-dan diplomsuz bakalavrlarla bağlı AÇIQLAMA

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rəsmi internet səhifəsində magistraturaya qəbulla bağlı sualları onlayn cavablandırır. Lent.az-ın məlumatına görə, Komissiya ötən il ali məktəbi bitirib, müəyyən səbəblərdən diplomu ala bilməyən bakalavrların magistraturaya qəbul imtahanında iştirak edib etməyəcəyinə aydınlıq gətirib.

 

TQDK-nın məlumatına görə, 2014-cü ildə bakalavr təhsilini bitirib, ancaq hələlik diplomunu ala bilməyən bakalavrlar elektron ərizədə bakalvr diplomuna aid məlumatların yer aldığı 14-cü və 15-ci bəndləri cari ilin məzunları kimi doldurmalıdırlar.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 3-12 fevral tarixlərində aparılacaq. Magitraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də keçiriləcək. Proqram seçimi 1-10 aprel, qəbul imtahanının 2-ci mərhələsi isə aprelin 26-da reallaşacaq. 7-12 may tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 22-28 iyun tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar