Tələbələrə qrantlar və kreditlər veriləcək - YENİLİK
08 may 2014 18:45 (UTC +04:00)

Tələbələrə qrantlar və kreditlər veriləcək - YENİLİK

0

Aztəminatlı ailələrdən olan tələbələrin təhsil almaq imkanlarının artırılması və stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən təhsil qrantları və kreditlərinin verilməsi mexanizminin hazırlanması üzərində işə başlanılıb. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, tələbə qrantları və kreditlərinin verilməsi üçün tələbələrin təhsildə göstərdikləri akademik nailiyyətləri əsas götürüləcək. İctimaiyyətə isə bu barədə ətraflı məlumat veriləcək.

 

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin iclasında çıxışı zamanı növbəti akademik ildən başlayaraq Təhsil Nazirliyinin öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırdığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar