Təhsil Nazirliyindən I sinfə qəbulla bağlı XƏBƏR
02 iyun 2014 16:50 (UTC +04:00)

Təhsil Nazirliyindən I sinfə qəbulla bağlı XƏBƏR

0

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı şagirdlərə şamil olunur”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini Cəsarət Valehov bildirib.

 

O qeyd edib ki, həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyati üzrə təhsil şöbələrində və nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış komissiyalar tərəfindən aparılır. “Qaydalara görə, valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək həmin təşkilatlarda qeydiyyata alınır”.

Nazirlik sözçüsü “Sabah” qruplarına qeydiyyat prosesi barədə məlumat verərək bildirib ki, indiyədək 1800 tələbə elektron qeydiyyatdan keçib. Bu prosesin hazırda davam etdiyini deyən nazirlik rəsmisi qeyd edib ki, qeydiyyat iyunun 12-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1949

Oxşar yazılar