Təhsil Nazirliyi bu ali məktəbləri TƏNQİD etdi
22 dekabr 2014 12:57 (UTC +04:00)

Təhsil Nazirliyi bu ali məktəbləri TƏNQİD etdi

0

 


Təhsil Nazirliyi saytı olmayan universitetlərin adlarını açıqlayıb. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin təşkilatçılığı keçirilən “Media və təhsil dialoqu” mövzusunda konfransda çıxışı zamanı TN-nin əməkdaşı Mehman Şəfaqətov qeyd edib ki, bu universitetlərin siyahısına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Bakı Asiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı İslam Universiteti daxildir.

Nazirlik həmçinin, virtual aləmdə daha aktiv fəaliyyət göstərən ali məktəblərin də adlarını açıqlayıb. Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti virtual aləmdə daha aktiv fəaliyyət göstərir.

Nazirlik təhsillə bağlı veb resursların edu.az domeni adı altında yayımlanmasını tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar