Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb. Bu barədə Təhsil Nazirliyindən Lent.az-a məlumat verilib. Əmr Nazirlər Kabinetinin “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında qərarının icrasını təmin etmək məqsədi ilə verilib.
Əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, Fəaliyyət planının həyata keçirilməsi istiqamətində zəruri təşkilati-pedaqoji tədbirlər görsünlər, icra vəziyyəti barədə 2015-ci ilin may və noyabr aylarında nazirliyə yazılı hesabat təqdim etsinlər.