Tanınmış cərrah özü haqda bilinməyən faktarı açıqladı - VİDEO
0
0
Qubanın İspik meşəsində qurulan çölçü obasında “Çöldə 1yaşam öyüdləri” verilişində öz uğur hekayəsini danışan məşhur qonaq həkim, cərrah Kamran Musayev olub. Verilişin müəllifi, rejissor Eltən Qədimbəyliylə sual cavab əsasında çəkilən “Çöldə yaşam öyüdləri”ndə ilk sual Kamran Musayevi hazırda bacarıqlı ürək-damar cərrahı kimi tanıdan, onu bu ixtisasa motivasiya edən öyüdlərin nə olduğu olub. Kamran Musayev bunun onun uşaqlıq illərində yaşadığı “ən ülvi və əlçatmaz” duyğularıyla bağlı olduğunu bildirib və bununla bağlı xatirələrini danışıb. Eltən Qədimbəylinin “Çölçülərə görə gəlişmək istəyənlər özləri kimilərinin də gəlişməsinə yardım etsələr toplum da gəlişər. Çağdaş dünyada elmi və ciddi işlər çox az populyardı. Gündəmi dayaz və şou dolu görülən işlər məşğul edir. Bunun da günahını ziyalılarımız, inteleqentlərimiz kütlədə görür. Amma biz müşahidə edirik ki, ziyalılar və ciddi adamlar bir-birlərinin işini çox az dəstəkləyirlər” fikrinə də “Çöldə yaşam öyüdləri”nin qonağının maraqlı münasibəti olub. Söhbət ocaqda maraqlı üsulubda hazırlanan qəhvə ilə davam edib.Bir insanın fiziki və intelektual tənbəlliyinin onun sağılamlığı üçün nə dərəcədə zərərli olduğu haqqında da düşündürücü fikirlər səsləndirilib. Həkim qonağın insan həyatında buraxılan səhvlərin təcrübəyə dönüşməsi, uğura necə aparması haqqında dediyi fikirlərdən onun uğurunun sirri açılır. Verilişin yaradıcısının “Bizə görə insanlar iki qurupa: niyə yaşadığını bilənlər və bilməyənlərə ayrılır. Kamran həkim, siz niyə yaşayırsız?” sualına da urək-damar cərrahının yadda qalan cavabı olub. Söhbət zamanı Kamran Musayev özü haqqında hələ heç kimə demədiyi və heç kimin bilmədiyi maraqlı faktları açıqlayıb.
“Çöldə yaşam öyüdləri” verilişinin əvvəlində və sonunda alt fon musiqi gənc musiqiçi Altun Zeynalova məxsusdur.
0
0