Bu yolda sürət həddi endirildi: <span style="color:red;">HAVAYA GÖRƏ
09 avqust 2019 10:45 (UTC +04:00)

Bu yolda sürət həddi endirildi: HAVAYA GÖRƏ

0
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 
 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən Lent.az-a məlumat verilib. Bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
 
Məlumatda qeyd edilib ki, bəzi yollarda yağış suyunun yığılması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb:
 
"Bu səbəbdən də bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr müşahidə edilib. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.
 
Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 923

Oxşar yazılar