Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin edilib. Lent.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunub.
2013-cü ilin dekabrında Sumqayıt Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib.
Uzun illər Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru işləmiş Nadir Qəhrəmanov ötən ilin dekabrında tutduğu vəzifədən azad olunub.