<b>Şimşək çaxacaq, leysan yağacaq - <span style="color:red;"> SABAHIN HAVASI </b>
12 may 2018 12:58 (UTC +04:00)

Şimşək çaxacaq, leysan yağacaq - SABAHIN HAVASI

0

Bakıda və Abşeron yarımadasında Mayın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata əsasən, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-16, gündüz 21-25,  Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində

Mayın 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar