Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin edilib. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yeni direktora Mərkəzin fəaliyyət istiqamətləri üzrə məqsədyönlü işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin (Bakı şəhəri, Binəqədi rayonu, S. Bəhlulzadə küçəsi, 44) fəaliyyətinin yenidən qurulması üçün islahat tədbirlərinə başlanıb. Belə ki, Mərkəzdə müvafiq struktur dəyişiklikləri aparılmaqla, onun ölkədə əmək bazarı və əmək münasibətləri, sosial müdafiə, məşğulluq, əhali sakinliyi, proqnozlaşdırma məsələləri üzrə elmi-tədqiqat yönümlü fəaliyyəti gücləndiriləcək.