Səhiyyə naziri ana ölümündən danışdı: “Bu, bizim üçün faciədir”
09 iyul 2014 18:38 (UTC +04:00)

Səhiyyə naziri ana ölümündən danışdı: “Bu, bizim üçün faciədir”

0

“Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması bizi üçün vacib məsələdir. Son illər bu sahədə böyük işlər görülüb. Amma istədiyimiz nəticəni birdən-birə əldə etmək çətindir”. Lent.az.-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Onun sözlərinə görə, bu ilin 5 ayı ərzində ölkədə 63 minə qədər doğuş olub. Ana ölümlərinin də baş verdiyini deyən nazir qeyd edib ki, hər bir belə hadisə bizim üçün faciədir. “Hər konkret halın səbəbləri araşdırılır, ana ölümlərinin tamamilə qarşısının alınması üçün müvafiq tədbirlər görülür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1145

Oxşar yazılar