Şəhərin şimal girişi bağlanacaq - XƏBƏRDARLIQ
18 aprel 2016 12:54 (UTC +04:00)

Şəhərin şimal girişi bağlanacaq - XƏBƏRDARLIQ

0

 

Aprelin 18-də axşam saat 22:00-dan aprel 19-u səhər saatlarınadək Bakının şimal girişində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

“Azəravtoyol”dan Lent.az-a verilən məlumata görə, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Buna görə həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakı şəhərinə doğru istiqamətdə olan avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

 Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar