İyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 28-33, Bakıda isə gecə 23-25, gündüz 30-32 isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.