Hava yağmursuz olacaq
18 mart 2015 12:18 (UTC +04:00)

Hava yağmursuz olacaq

0

Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, dağlıq və dağətəyi rayonlarda çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 481

Oxşar yazılar