Sabah hava necə olacaq? - PROQNOZ
09 noyabr 2014 15:44 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 10-na Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumatını açıqlayıb. 

 

Lent.az-ın məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. 

Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 14 m/s. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 14-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək. 

Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2264

Oxşar yazılar