Sabah hava küləkli olacaq - <span style="color:red;">PROQNOZ
01 aprel 2015 13:04 (UTC +04:00)

Sabah hava küləkli olacaq - PROQNOZ

0

Bakı və Abşeron yarımadasında aprelin 2-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağış yağacaq, gündüz tədricən kəsiləcək. Cənub küləyi əsəcək.

 
Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq. Rayonlarda sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 
Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə 2 dərəcə saxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar