Saakaşvilinin xanımı Bakıda - KİTABINI TƏQDİM ETDİ
27 fevral 2018 18:46 (UTC +04:00)

Saakaşvilinin xanımı Bakıda - KİTABINI TƏQDİM ETDİ

0
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin xanımı Sandra Rulofsun "Bir idealistin hekayəsi" kitabı Azərbaycan dilində nəşr olunub.
 
 
 
APA TV-nin məlumatına görə, kitab müəllifin iştirakı ilə oxuculara təqdim olunub.
 
 
 
Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə öncə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.
 
 
 
İctimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə bildirilib ki, indiyədək 7 dildə nəşr olunan kitabda S.Rulofsun gənclik illəri, Mixail Saakaşvili ilə tanışlığı, habelə "Qızılgül inqilabı"na qədərki həyatı təsvir edilib.
 
 
 
Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə qeyd edib ki, nəşrin dilimizə tərcüməsi ideyası iki il əvvəl yaranıb.
 
 
 
Kitabın ölkəmizdəki təqdimatının ötən ilin dekabrında nəzərdə tutulduğunu bildirən Sandra Rulofs isə həyat yoldaşının həbsi səbəbindən tədbirin təxirə düşdüyünü açıqlayıb.
 
 
 
Müəllif qeyd edib ki, kitabda Mixail Saakaşvilinin karyerası, habelə gürcü mədəniyyətinin holland mədəniyyəti ilə inteqrasiyası barədə də oxuculara məlumat verilir.
 
 
 
Mərasimdə kitabın satışı da təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar