Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir - Ordinari
14 sentyabr 2016 11:25 (UTC +04:00)

Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir - Ordinari

0

"Roma Papası Fransiskin Azərbaycana münasibəti çox yaxşıdır".

 

APA-nın məlumatına görə, bu sözləri Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, Roma Papası bu ilin mart ayında Vatikanda Azərbaycan prezidenti və xanımı ilə görüşüb: "Roma Papasının Azərbaycana səfəri ölkədə elan olunmuş multikulturalizm ilində baş tutur. O, burada bütün dinlərin nümayəndələri ilə görüşəcək. Papa Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar