Qutudakı qəpiklərin səsi, “Gənclik”də ağlayan kaman, zavallı Dilarə - REPORTAJ
04 iyul 2013 15:53 (UTC +04:00)

Qutudakı qəpiklərin səsi, “Gənclik”də ağlayan kaman, zavallı Dilarə - REPORTAJ

0

“Gənclik” metro stansiyasının keçidindən keçəndə o səs məni dayanmağa vadar etdi. Dayandım, dinlədim. Kamançanın iniltili səsini kədərli bir səs müşayiət edirdi. 50-60 yaşlarında gözdən əlil bir qadın qarşısında taxtadan balaca qutu qoyub, həm oxuyur, həm kamançada ifa edir. Gəlib-gedənlər isə qutusuna qəpik-quruş atırlar. Qəpiklər qutunun dibinə dəyib, cingiltisi kamançanın səsinə qoşulub, ətrafa əks-səda verir.

 

Kənardan dayanıb bir xeyli dinlədim. Başqa mahnıya keçməmiş yaxınlaşdım. Dilarə Ələkbərqızı, 55 yaşındadı.

 

Məlum oldu ki, kamança çalmağı gözdən əlil uşaqlar üçün Respublika İnternat Orta Məktəbində öyrədiblər. “Əvvəllər hər gün bu keçiddə kamança çalırdım, indi xəstə olduğumdan həftədə 1-2 dəfə gəlirəm”.

 

Dilarə xanım həm də epilepsiyaya xəstəsidir.

 

“Dövlətdən aldığım 209 manat təqaüd dərmanlarıma yetmir. Epilepsiya dərmanları çox bahalıdır. Artıq neçə aydır müalicə almıram. Ağır qıcolmalarım olur. İş tapa bilmirəm. Bir çox yerlərə müraciət etdim. İ.M. Əbilov adına Mədəniyyət Evindən mənə tələbə verəcəyini desələr də, hələ də onlardan bir cavab çıxmayıb”.

 

Qutudakı pullara baxıram. 10, 20 qəpiklər, 1 manatlıqlar...

Burdan topladığı pulla dolanır. “Min bərəkət. Bir təhər günü aya calayıram”. Danışmaq istəmir. Mən də əlavə sual vermirəm...Kamançanın iniltisi aləmi bürüyüb.

...Bəlkə də öz iniltisidir bu...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3580

Oxşar yazılar