Qubalılara <span style="color:red;">ŞAD  xəbər: Qonaqkənd yolunda yeni körpülər tikiliir
24 noyabr 2014 12:23 (UTC +04:00)

Qubalılara ŞAD xəbər: Qonaqkənd yolunda yeni körpülər tikiliir

0

Quba-Qonaqkənd avtomobil yolunun 36-cı kilometrliyində 2 yeni körpünün tikintisi başa çatdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, 1 aşırımlı körpülərin uzunluğu 30, qabariti isə 9,5 metrdir. Hazırda  yolun 41-ci kilometrliyində yeni körpünün tikintisi işləri davam etdirilir. Uzunluğu 27,3, qabariti 9,5 metr nəzərdə tutulan körpüdə 1-ci dayağın gövdəsinin tikintisi başa çatmaq üzrədir. 2-ci dayağın isə karkası qurulur. Yaxın həftə ərzində sözügedən dayağın betonlanma işlərinə başlanılacaq.

 

Yolun yenidən qurulması çərçivəsində əlavə 2 yeni körpünün tikintisi, 3 mövcud körpünün sökülərək yenisi ilə əvəzlənməsi planlaşdırılır.

 

Qeyd edək ki, Quba-Qonaqkənd avtomobil yolu 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini özündə birləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 730

Oxşar yazılar