Qızmar isti sabah da davam edəcək - <span style="color:red;">42 dərəcə
03 iyul 2017 11:42 (UTC +04:00)

Qızmar isti sabah da davam edəcək - 42 dərəcə

0

 

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar