Bakıda və Abşeron yarımadasında fevralın 5-də yağış yağacaq, günün ikinci yarısında hava şəraiti dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Günün ikinci yarısından etibarən qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 7-12 dərəcə isti olacaq. Dağlıq rayonlarda isə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti qeydə alınacaq.
Qeyri-sabit hava şəraiti fevralın 6-sına qədər davam edəcək.