Qənirə Paşayeva Yeni Zelandiya və Bolqarıstan millət vəkilləri ilə görüşüb
27 may 2016 17:30 (UTC +04:00)

Qənirə Paşayeva Yeni Zelandiya və Bolqarıstan millət vəkilləri ilə görüşüb

0

Millət vəkili Qənirə Paşayeva Yeni Zelandiya və Bolqarıstan millət vəkilləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycan parlamentinin Yeni Zelandiya və Bolqarıstan ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub.

 

Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlandırıb. Q. Paşayeva görüş zamanı Yeni Zelandiya və Bolqarıstan nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumatlar verib.

 

O deyib ki, beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd qalmamalıdır.

 

Yeni Zelandiya və Bolqarıstanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

 

Q. Paşayeva Yeni Zelandiya və Bolqarıstan nümayəndə heyətini Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlandırıb, onlara Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar