Prorektor təhsil nazirinin müşaviri oldu -<span style="color:red;">TƏYİNAT   - <span style="color:red;">YENİLƏNİB
28 aprel 2014 16:37 (UTC +04:00)

Prorektor təhsil nazirinin müşaviri oldu -TƏYİNAT - YENİLƏNİB

0

Təhsil naziri Mikayıl Cabbarov özünə yeni müşavir təyin edib. Lent.az-ın məlumatına görə, bu vəzifəyə “Odlar Yurdu” Universitetinin prorektoru Samir Vəliyev təyin edilib. Bunu ali məktəbdən də Lent.az-a təsdiq ediblər. Bununla da təhsil nazirinin müşavirlərinin sayı dördə çatıb.

 

Qeyd edək ki, S. Vəliyev “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin oğludur.

***

Təhsil nazirinin əmri ilə Samir Əhməd oğlu Vəliyev təhsil nazirinin müşaviri təyin edilib. Samir Vəliyev 1990-cı ildə Bakı şəhər 39 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində  təhsil alaraq qırmız diplom alıb. 2004-cü ildə 2 il müddətinə ABŞ Corciya Dövlət Universiteti ilə Odlar Yurdu Universitetinin birgə proqramı çərçivəsində Biznesin İdarə Olunması üzrə magistr dərəcəsi alıb.

İREX proqramı çərçivəsində George Vaşinqton Universitetində (ABŞ) tədqiqatçı kimi çalışıb. Hüquq elmləri doktoru, professordur.

Odlar Yurdu Universitetində prorektor, “BSB” Tam Orta Innovasiyalar Məktəbinin İcra Ofisinin rəhbəri və Odlar Yurdu Universitetinin I prorektoru, “BSB” Tam Orta Innovasiyalar Məktəbinin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1960

Oxşar yazılar