Prezident Veteranlar Təşkilatına 500 min manat ayırdı - SƏRƏNCAM
09 may 2016 13:05 (UTC +04:00)

Prezident Veteranlar Təşkilatına 500 min manat ayırdı - SƏRƏNCAM

0

Azərbaycan prezidentiİlham Əliyev müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, Azərbaycanda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı Azərbaycan Respublikası Veteranlar Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Veteranlar Təşkilatına 500 min manat ayrılsın.

 

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar