Özəl ali məktəblərdə qiyabi təhsil formasına qəbul dayandırıldı - <span style="color:red;">YENİLİKLƏR
01 may 2014 12:18 (UTC +04:00)

Özəl ali məktəblərdə qiyabi təhsil formasına qəbul dayandırıldı - YENİLİKLƏR

0

Bu il Azərbaycanda ali məktəblərin bakalavr və magistratura ixtisaslarına qəbul planında tətbiq olunacaq yeniliklər açıqlanıb. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9% artırılıb. Əyani tələbə qəbulu planı qiyabi təhsil forması üzrə qəbul planının 2 dəfədən çox azaldılması hesabına artırılıb.

C. Valehovun sözlərinə görə, özəl ali təhsil müəssisələrinin hamısında qiyabi təhsil formasına qəbul dayandırılıb. O qeyd edib ki, Azərbaycan İctimai Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında həm əyanı, həm də qiyabi təhsil forması üzrə pedaqoji ixtisaslara qəbul aparılmayacaq: “Pedaqoji ixtisaslara qəbul özəl ali məktəblərdən yalnız 3-nə - Xəzər, Qafqaz və Bakı Qızlar universitetlərinə icazə verilib. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişli yerlər artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız qəbul dövlət sifarişinə uyğun olaraq aparılacaq”.

C.Valehov qeyd edib ki, ali təhsil müəssisələrinin magistratura pilləsinə qiyabi təhsil formasına qəbul nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bakalavr buraxılışı olmayan ixtisasların magistraturasına qəbul aparılmayacaq.

Digər yenilik isə orta ixtisas təhsili müəssisələrinə aiddir: Belə ki, son illərdə real tələbata əsaslanmadan artırılan qəbul yerlərinin sayı 15667 yerdən 11266 yerə qədər endirilib. Təxminən 4400 qəbul yeri azaldılıb. Qiyabi təhsil forması üzrə kolleclərə qəbul planı 4,1 dəfə azaldılıb. İbtidai sinif və informatika müəllimliyi ixtisasları kolleclərin qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisasi üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38% azaldılıb. Texniki istiqamətli kolleclərdə isə pedaqoji ixtisasları tələbə qəbulu planından çıxarılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1000

Oxşar yazılar