Azərbaycanda hər 1000 kişiyə 1009 qadın düşür
13 fevral 2015 12:21 (UTC +04:00)

Azərbaycanda hər 1000 kişiyə 1009 qadın düşür

0

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ötən il 115,9 min nəfər və yaxud 1,2 faiz artaraq 2015-ci ilin əvvəlinə 9593 min nəfər olub. 

2014-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9 faizini təşkil edib. 


Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hər 1000 kişiyə 1009 qadın düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar